Şirkət Haqqında

  • “Intur” turizm şirkəti 2000- ci ildə Bakı şəhərində yaradılmışdır.Şirkətin əsas məgsədi xaricdə istirahəti təşkil etmək və dünyanın müxtəlif ölkələrindən turistləri öz ölkəmizə cəlb etməkdir. Fəaliyyət ğöstərdiyi müddət ərzində “Intur” şirkəti etibarlı partnyor olaraq beynəlxalq turizm bazarında özünə hörmət qazana bilmişdir. Şirkət xarici qonaqlara ölkəmizlə yaxından tanış olmaq üçün müxtəlif xidmətlər təklif edir: turistlərin gediş və gəlişinin təşkili, ekskursiyaların təşkili, otellərin sifarişi, konfransların və görüşlərin təşkili, aviabiletlərin satışı və sifarişi, xaricə gedənlərin sığortalanması, qarşılanması və yola salınması. Bizim Azərbaycanın müxtəlif rayonlarına ekskursiya proqramlarımız var.Şirkətimizin güstərdiyi xidmətlər artıq bir neçə ildir ki, öz müştəriləri arasında populyarlıq qazanmışdır. Onu da qeyd etməliyik ki, bu illər ərzində şirkətimiz xidmət sahəsində çox inkişaf etmişdir. Bu gün şirkətimizə özü üçün və ailəsinin xaricdə istirahətinin təşkili üçün çoxlu sayda vətəndaşlar müraciət edirlər. Onların çoxu bizim daimi müştərilərimizdir. Bizim şirkətimiz sizin zövqünüzə uygun individual turların təşkili ilə yanaşı müxtəlif zövqlərə uygun turlar təklif edir.Bu turlarda sizin istəklərinizə əsasən marşrutlar təşkil edilir.Müştərilərimizə turlar seçərkən ilk növbədə onlarla söhbətlər aparılır,onların istək və arzulari nəzərə alınaraq onlara turlar təklif edilir. Şirkətimizin işçiləri turizm sahəsində böyuk təcrübəyə malikdirlər. Təsadüfi deyil ki, 2011-ci ildə “Intur” şirkəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi tərəfindən fəxri diplomla təltif edilmişdir. Biz sizin istirahətiniz üçün çalışırıq!