ODLAR YURDU - AZƏRBAYCAN

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.


Daim yaşıl, coşqun, qızğın, maraqlı və xeyirxah Azərbaycan XXI əsrə yalnız demokratik və müstəqil deyil, həmçinin siyasi cəhətdən güclənmiş, iqtisadiyyatı möhkəmlənmiş ölkə olaraq qədəm qoydu. Bu dəyişikliklər eyni zamanda ölkə üçün qapıları beynəlxalq münasibətlərin və maliyyə rifahının yeni sahəsinə – peşəkar turizm dünyasına açmış oldu. Firuzeyi dalğaların fonunda əfsanəvi səyahətlər, cənnət vadilərində aktiv istirahət, tamaşalı və tanıdıcı yürüşlər, nəfis şərq xörəklərinin dadına baxmaq –bütün bunları qonaqpərvər Azərbaycan sülh məramlılara təklif edir. Bura bir çox ölkədən turist axını müşahidə olunur. Narahat qəlbləri və maraq dolu baxışları sakitləşdirmək üçün təbiətimizin imkanları tükənməzdir: mənzərəli dağlar və dağ çəmənləri, valehedici göllər və sehirbaz Xəzər, saysız-hesabsız nadir bitkilərin, quş və heyvanların toplaşdığı meşələr, sanki flora və fauna burada xoşbəxt nigah bağlayıblar. Mineral bulaqlar, dünyada yeganə müalicəvi neft yatağının olduğu Naftalan, nadir qədim memarlıq, qədim mədəniyyət və s. imkanların təhlili Azərbaycanda turizmin bütün səyahət və istirahət növlərini: idman, müalicə, tanışlıq, ov, ekzotik və hətta qastronomik növlərini yaratmaq zərurətindən xəbər verir. Prezident Heydər Əliyevin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2002-2003-cü illərdə turizmin inkişafı proqramı bu sənayeyə qlobal, ciddi və işgüzar münasibətin yaranmasına səbəb oldu. Azərbaycan Ümumdünya turizm təşkilatının üzvlüyünə qəbul olunub. Təşkilatın baş katibi Françesko Francialli bura səfər edib, Bakının «İçəri Şəhəri» Şirvanşahlar sarayı və Qız qalası YUNESKO-nun dünya irsi siyahısına daxil edilib. Növbədə Naxçıvandakı Mömünə Xatun türbəsi, atəşpərəstlərin məbədi «Atəşgah», qayaüstü rəsmlər muzeyi «Qobustan» və digər təkrarolunmaz tarixi və arxeoloji yerlər durur. Bu gün ölkədə 300-dən artıq turizm şirkəti fəaliyyət göstərir, Azərbaycanda 7 turizm marşrutu yaradılıb və sınaqdan keçirilib. Bu marşrutlar ən mənzərəli və barlı-bəhərli regionlardan keçir. Yerlərdə peşəkar xidmətin inkişafına yönəlmiş investisiya layihələri hazırlanıb, bələdçilər üçün ekoturizm marşrutları üzrə kurslar və treninq mərkəzi təşkil olunur. Rahat «ulduzlu» otellər bütün dünyadan qonaq qəbul edirlər. Azərbaycan gənc, yeni fəaliyyətə başlayan turoperator kimi tez öyrənir və təcrübə toplayır.