Kappadokiya

05.06.2018

Kappadokiya (türk. Kapadokya) Yerli əhalinin dilində: "Dünyanın səkkizinci möcüzəsi". Kappadokiya TürkiyəninNevşehir vilayətinə bağlı Ürgüp rayonu ilə Uçhisar- Avanos üçbucağı arasında yerləşən vadilərdə, Ürgüp-Şahinefendi arasındakı bölgədə Nevşehir Çat qəsəbəsi ətrafında, Kayseri Soğanlı vadisində ve Ağsaray Selimə kəndi ətrafında yerləşən bölgənin adıdır.

Baku 2017

18.05.2017

2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq. 2017 İslam Həmrəyliyi Oyunlarının 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir.

İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salındı və sonradan ləğv olundu. Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutdu.

İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir.

"Boulevard" Otel-in açılışı

29.05.2015

Yeni beşulduzlu,eksklüziv otel olan "Boulevard" Otelin açılışı olmuşdur."Marriott" markasının və "Autograph Collection"-nın rəsmi üzvlüyü ilə xüsusi portfel hazırlanmışdır.Oteldə 818 otaq mövcuddur.Paytaxtın əsas biznes və mədəniyyət mərkəzlərindən biri sayılan "Boulevard" Otel qonaqların istifadə etməsi üçün daha səmərəli,geniş imkanlar təklif edir.Oteldə həmçinin heyrətamiz restoran və kompleks mövcuddur.